Yəməndəki husi hədəfləri yenidən bombalanıb

Yəməndəki husi hədəfləri yenidən bombalanıb

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə növbəti zərbə endirib.

SİA xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Hudeyda əyalətindəki Ras İsa limanının ərazisi hücuma məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə