Bayden və Tramp arasındakı “məsafə azalıb”..?

Bayden və Tramp arasındakı “məsafə azalıb”..?

…Hazırkı prezident Cozef Bayden və onun potensial seçki rəqibi Donald Tramp arasında fərq o qədər də əhəmiyyətli deyil.

Hətta xüsusi prokurorun ağlının kəskinliyini şübhə altına alan hesabatı çıxdıqdan sonra belə…

Məsələ bundadır ki, bu gün amerikalıların demək olar ki, 60 faizi hər iki prezidentliyə namizədin çox yaşlı olduğunu düşünürlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Avropa həqiqəti” Reuters/Ipsos-un keçirdiyi müvafiq sorğulara istinadən məlumat yayıb.

Beləliklə, Trampı respondentlərin 37 faizi, Baydeni isə 34 faizi dəstəkləyir.

Sorğuda fərq 2,9 faiz təşkil edir. Amma xatırlayırsınızsa, keçən ay keçirilən sorğuda Trampın 6 faiz bəndi irəlidə olduğu göstərilirdi.

Respondentlərin təxminən 10 faizi digər namizədlərə səs verməyi planlaşdırdıqlarını, 12 faizi isə ümumiyyətlə səs verməyəcəyini, 8 faizi isə cavab verməkdən imtina ediblər. Yeri gəlmişkən, sorğu xüsusi prokuror Robert Gurun prezidenti "yaddaşı pis olan qoca" adlandıran 388 səhifəlik hesabatı dərc etdikdən bir neçə gün sonra keçirilib.

…Ümumiyyətlə, aparılan sorğuda amerikalıların 86 faizinin Baydenin vəzifədə qalmaq üçün çox yaşlı olduğuna inandığı məlum olub.

Bununla belə, respondentlərin yarıdan çoxu – 59 faizi hesab edir ki, həm Bayden, həm də Tramp çox qocalıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə