Ukrayna rusiyalı milyarder İvan Savvidinin aktivlərini milliləşdirib

Ukrayna rusiyalı milyarder İvan Savvidinin aktivlərini milliləşdirib

...Kiyevdəki Ali Antikorrupsiya Məhkəməsi rusiyalı milyarder İvan Savvidinin Ukraynadakı aktivlərini milliləşdirib. Ukrayna Baş Prokurorluğu və ölkənin Dövlət İstintaq Bürosu bildiriblər ki, ona qarşı separatçıları maliyyələşdirmə və gəlirlərin yuyulması ilə bağlı cinayət işi açılıb.

Büronun məlumatına görə, ömrünün çox hissəsini Rostov-na-Donuda keçirən iş adamı dəfələrlə Donetskdəki separatçılara xeyriyyə yardımı edib.

Məhkəmə onun iki şirkətini dövlət xeyrinə müsadirə edib.

Qeyd edək ki, Gürcüstanda anadan olan Savvidi uzun müddət “Donskoy Tabak” siqaret istehsalçısının sahibi olub.

2018-ci ildə onu 1,6 milyard dollara Japan Tobacco Corporation-a satıb.

Forbes onun sərvətini 1,7 milyard dəyərində qiymətləndirir. Xatırladaq ki, Savvidi Rusiya ilə yanaşı, Yunanıstan vətəndaşlığına da malikdir və hazırda Yunanıstanda yaşayır. Hazırda o, Salonikidəki ölkənin ikinci ən böyük limanına sahibdir.

Yeri gəlmişkən, o, Ukraynada baş verənlərlə bağlı açıqlama verməyib. Yunanıstanın “Proto Theme” qəzeti yazır ki, sənədlərə əsasən, müsadirə edilən biznes onun həyat yoldaşına məxsusdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə