Kanada 98 yaşlı SS veteranını Rusiyaya verməkdən imtina edib

Kanada 98 yaşlı SS veteranını Rusiyaya verməkdən imtina edib

…Kanada hakimiyyəti 98 yaşlı SS veteranı Yaroslav Qunkanı Rusiyaya ekstradisiya etməkdən imtina edib. Moskva onu qiyabi soyqırımda ittiham edib. Ottava qərarı Rusiya ilə Kanada arasında ekstradisiya müqaviləsinin olmaması ilə izah edib,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya səfiri Oleq Stepanov bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Qunkanı 1944-cü ilin fevralında indiki Ukraynanın Quta Penyatskaya kəndində dinc sakinlərin qətlində iştirak etməkdə şübhəli bilir. Stepanov veteranın ekstradisiyasından imtinanı siyasi motivli adlandırıb. O bildirib ki, Rusiya Qunkanın ekstradisiyasını axtarmağa davam edəcək və bunu “prinsipial məsələ” adlandırıb.

Onu da qeyd edək ki, Qunka 2023-cü ilin sentyabrında məşhurlaşıb. Daha sonra o, Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı Kanada parlamentinə təqdim edilib. İcmalar Palatasının spikeri Entoni Rota kanadalını İkinci Dünya Müharibəsinin ukraynalı qəhrəmanı adlandırıb.

Spikerin dediyinə görə, “o vaxt Ukraynanın müstəqilliyi üçün rus təcavüzkarlarına qarşı vuruşmuş və indi də hərbçiləri dəstəkləməyə davam edir”.

Çıxışdan sonra məlum olub ki, Polşada anadan olan ukraynalı kanadalı “Qalisiya” 14-cü könüllü piyada diviziyasının veteranıdır.

Bir sıra insan haqları və yəhudi təşkilatları Rotanın çıxışını və deputatların Qunkanı alqışlarla qarşılamasını pisləyib.

Bu, spikerin istefasına və ölkənin baş nazirinin üzr istəməsinə səbəb olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə