...Krasnoyarsk diyarının Kansk şəhər məhkəməsi 20 yaşlı yerli sakin Roman Kvitkovskini dindarların hisslərini, polis əməkdaşını isə təhqir etməkdə, eləcə də xuliqanlıqda təqsirli bilərək 2 il 3 ay müddətinə koloniyaya göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, Kvitkovskinin 28 yaşlı tanışı Nikolay Sosin məhkəmə tərəfindən yalnız dindarların hisslərini təhqir etməkdə təqsirli bilinərək 440 saat icbari əmək cəzasına məhkum edilib.
...Müstəntiqlərin sözlərinə görə, Kansk sakinləri sərxoş halda küçədə polisə müraciət ediblər, bundan sonra Roman Kvitkovski Daxili İşlər Nazirliyinin işçiləri haqqında düşündüklərini ədəbsiz formada ifadə etmək qərarına gəlib.
Sonra dostlar Müqəddəs Üçlük Katedralinə girdilər, burada da kobud sözlər işlətməyə başlayıblar və protokola görə kamera qarşısında rəqs edib, qışqırıb gülməyə başlayıblar.
...Kanski məhkəməsinin press-relizində hər iki müttəhim “blogger” adlandırılıb, onların hərəkətləri bazar günü liturgiyaya hazırlığı pozub və kilsəyə açıq nifrət ifadə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB