Bayden ABŞ Konqresinə təcili müraciət etdi..

Bayden ABŞ Konqresinə təcili müraciət etdi..

…ABŞ Konqresinin Nümayəndələr Palatası təcili olaraq Ukrayna, İsrail və Tayvana yardım üçün 95 milyard dollarlıq qanun layihəsini təsdiq etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Cozef Baydenin Ağ Evin çərşənbə axşamı, fevralın 13-də dərc etdiyi bəyanatında deyilir.

Onun sözlərinə görə, qanun layihəsi ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir. Bu, Ukraynanın azadlığının müdafiəsi üçün işin davam etdirilməsinə imkan verəcək və İsraili HƏMAS silahlılarının hücumlarından müdafiə etmək üçün lazım olan hər şeyi təmin edəcək.

…Mən bu qanun layihəsini irəli sürmək üçün bir araya gələn senatorların iki partiyalı koalisiyasını alqışlayıram və Nümayəndələr Palatasını təcili tədbirlər görməyə çağırmağa davam edirəm.

Bayden deyib bunu.

O qeyd edib ki, ABŞ-ın daha gözləməyə gücü çatmır, çünki hərəkətsizliyin qiyməti hər gün artır, xüsusən də Ukraynada…

…Biz artıq xəbərləri görürük ki, cəbhə xəttində Ukrayna qoşunlarının döyüş sursatı tükənir, Rusiya qoşunları isə irəliləməkdə davam edir, Putin isə Ukrayna xalqını əsarət altına almaq arzusundan əl çəkmir.

Amerikalı prezident vurğulayıb.

O xatırladıb ki, ABŞ qonşularını fəth etmək istəyən tiranlara qarşı durmasa, Amerikanın milli təhlükəsizliyi üçün nəticələri əhəmiyyətli olacaq və müttəfiqlər bunu nəzərə alacaqlar. …Nümayəndələr Palatasının hərəkətə keçməsinin və bu iki partiyalı qanun layihəsini mənim imzam üçün gecikdirmədən masamın üzərinə qoymasının vaxtıdır ki, qanuna çevrilsin…

Bunu da Bayden bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə