Avropa İttifaqı Ermənistanla “yeni iddialı əməkdaşlığa" başlayır?

Avropa İttifaqı Ermənistanla “yeni iddialı əməkdaşlığa" başlayır?

Ermənistan və Avropa İttifaqı “yeni iddialı əməkdaşlıq proqramı” üzərində işə başlamaq qərarına gəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı, fevralın 13-də Avropa İttifaqı -Ermənistan Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilən iclasından sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.

…Bu qərar münasibətlərimizin yeni strateji mərhələsində qarşılıqlı marağın güclü siqnalıdır və gələcək yol üçün aydın yol xəritəsi və baxışı təmin edəcək.

diplomat bildirib.

…Bu, gələcəklə bağlıdır və gələcək bu gündən başlayır-deyən Borrellin sözlərinə görə, yaxın aylarda Brüssel və Yerevan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə dialoqu inkişaf etdirməyi planlaşdırır.

…Bugünkü görüşlər açıq şəkildə göstərdi ki, Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələr həmişəkindən daha güclüdür və onların gələcək inkişafında qarşılıqlı maraq var.

Bunu da Borrell bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə