Estoniya ilə Narva sərhəd-keçid məntəqəsindən keçən ruslar ölkələr arasında sərhədin bağlana biləcəyi ilə bağlı xəbərdarlıqlar almağa başlayıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RTVI Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Estoniyaya daxil olarkən xəbərdarlıq edilir. Vərəqədə sərhədin Rusiya tərəfindən qəsdən Estoniyaya göndərilmiş, Avropa İttifaqına daxil olmaq üçün qanuni hüququ olmayan bir qrup əcnəbi səbəbindən bağlana biləcəyi bildirilir.
...Nəzərinizə çatdırırıq ki, Estoniya miqrasiya təzyiqi səbəbindən sərhəd keçidlərini müvəqqəti bağlamaq məcburiyyətində qalarsa, siz həmin sərhəd-keçid məntəqəsi vasitəsilə evinizə qayıda bilməyəcəksiniz.
Sənəddə belə deyilir.
Xatırladaq ki, Estoniya Xarici İşlər Nazirliyi bundan əvvəl Rusiya ilə sərhədləri bağlamağa hazır olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB