Bu sərgi ilə Türkiyə və İran arasında turizm daha da inkişaf edəcək

Bu sərgi ilə Türkiyə və İran arasında turizm daha da inkişaf edəcək

İranda keçirilən 17-ci Tehran Beynəlxalq Turizm və Əl işləri sərgisində iştirak edən türk şirkətləri İran və Türkiyə arasında turizmi daha da inkişaf etdirməyi hədəfləyir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə başda olmaqla bir çox ölkədən şirkətlərin iştirakı ilə dünən Tehranda başlayan sərgi dörd gün davam edəcək.

Türkiyə, Özbəkistan, İndoneziya, Tayland və Rusiya başda olmaqla bir çox ölkədən sərgidə iştirak edən turizm şirkətləri, otellər və tur şirkətləri müştəriləri ilə ünsiyyət qurur, yeni tərəfdaşları üçün şirkətlərarası görüşlər keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə