Bayden Ukrayna ordusunda döyüş sursatının tükəndiyini deyir...

Bayden Ukrayna ordusunda döyüş sursatının tükəndiyini deyir...

Amerika hakimiyyət orqanları təmas xəttində Ukrayna hərbçilərinin silah-sursatının tükəndiyi barədə xəbərlər alır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilən ABŞ prezidenti Cozef Baydenin yazılı bəyanatında deyilir.

Onun qeyd etdiyi kimi, “Rusiya qüvvələrinin hücumlarını davam etdirdiyi bir vaxtda cəbhə xəttində Ukrayna hərbçilərinin döyüş sursatı tükəndiyinə dair xəbərlər var”. ...Hərəkətsizliyin qiyməti hər gün artır, xüsusən də Ukraynada.

Bayden deyib bunu.

O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Senatın ardınca 95 milyard dollardan çox əlavə büdcə ayırmasını nəzərdə tutan qanun layihəsini təsdiq etməsini müdafiə edib.

Qeyd edək ki, bunun 60,06 milyard dollarının Ukraynaya, 14,1 milyard dollarının isə İsrailə yardıma yönəldilməsi təklif edilir.

Bayden hesab edir ki, Amerikanın müttəfiqləri və düşmənləri Konqresin qanun layihəsi ilə bağlı növbəti addımlarını izləyir.

Onu da qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl qanun layihəsini “qəsdən keçilməz” adlandırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə