Əfqan jurnalist Kobra Həsəni sərbəst buraxılıb

Əfqan jurnalist Kobra Həsəni sərbəst buraxılıb

Sankt-Peterburq məhkəməsi jurnalist Kobra Həsəni sərhədi qanunsuz keçməkdə şübhəli bilinərək iki il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkib. Jurnalist istintaq təcridxanasında keçirdiyi vaxt hesablanıb və məhkəmə zalında sərbəst buraxılıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, oxşar cəzaya məruz qalan jurnalist və onun 12 həmyerlisi 2022-ci ilin may ayında Rusiyadan qanunsuz olaraq Almaniyaya getməyə cəhd edərkən saxlanılıblar. Səfərin təşkilatçısı isə belaruslu Aleksandr Matsuleviç 4 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

Deməli, Sankt-Peterburq limanının rəhbəri ilə razılığa əsasən, əcnəbilərin lazımi sənədlər olmadan yük gəmisinə buraxılması nəzərdə tutulurdu.

Federal təhlükəsizliok xidməti onları cinayət başında yaxalamışdı.

Həsəni bir il istintaq təcridxanasında qalıb, bundan sonra o, əcnəbilərin müvəqqəti saxlanma məntəqəsinə köçürülüb. Təqsirləndirilənlərdən bəziləri “Kresti” istintaq təcridxanasına düşüb.

Yeri gəlmişkən, jurnalistin vəkilləri onun Əfqanıstanda təhlükə altında olduğunu qeyd edirlər.

“Fontanka” yazır ki, məhkəmə Həsəninin Rusiyadan çıxarılmasına qərar verdi və 2024-cü ilin yanvarında ona sığınacaq verilmədi. İndi vəkillər bu qərara kassasiya qaydasında etiraz etmək istəyirlər və Həsəninin Əfqanıstandan başqa istənilən istiqamətdə “nəzarətli çıxışına” icazə veriləcəyinə ümid edirlər.

Yeri gəlmişkən, Həsəninin Avstraliyada yaşayan bir bacısı var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə