...Gərək ki, erməni aktyoru Frunzik Mıkırtiçiyan filmlərin birində arvadı ilə əsəbləşəndən sonra belə bir ifadə işlədir ey... “vse nastroyeniya upal”.
Təbii ki, indi onun bununla heç bir əlaqəsi yoxdur. Nə isə...
Deməli, “Exo Moskvı” tezliklərində yayımlanan iki illik yayımdan sonra “Sputnik” təbliğat radiosu reytinqlərin ən sonundadır.
SİA-rus qaynaqlarına istinadən bildirir ki, bunu Mediascope tədqiqat şirkətinin məlumatları göstərir.
Belə ki, Mediascope-un 2023-cü ilin ikinci yarısı üçün son məlumatlarına görə, Rusiyada “Sputnik” radiosunu vətəndaşların yalnız 1,9 faizi dinləyir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ikinci yarısında “Exo Moskvı”nın reytinqi 5,1 faiz təşkil edib. Moskvada fərq daha da böyükdür.
Simonyan təbliğat stansiyasının reytinqi 2,2 faiz təşkil edir. Bağlanmazdan əvvəl sakinlərin 9,3 faizi “Exo Moskvı”ya paytaxtda qulaq asıb. “Exo” Moskvanın ən məşhur üç FM stansiyasından biri idi, “Autoradio” və “Avropa Plus”dan sonra ikinci idi.
Və Sputnik indi aşağıdan beşinci yerdədir.
Qeyd edilir ki, “Sputnik” tamamilə bütün danışıq stansiyalarından aşağıdır - Kommersant FM-dən tutmuş Rusiya Radiosuna qədər.
Deyilənlərə görə,Simonyanın yalan fikrini dinləmək getdikcə pisləşir. Belə ki, iki illik yayımda stansiya öz auditoriyasının onda birini itirib.
“Simonyan” stansiyasının aşağı reytinqi, digər məsələlərlə yanaşı, orada parlaq aparıcıların olmaması ilə bağlı ola bilər. “Exo” bağlandıqdan sonra, demək olar ki, bütün jurnalistlərə “Sputnik”ə keçmək təklif olunub. Amma heç kim keçmək istəməyib, yox...
...“Exo”nun keçmiş aparıcısı Maykl Naki Dmitri Qordonla müsahibəsində bildirib ki, son nəticədə bu təklifə yalnız bir aparıcı cavab verib - həmişə mühafizəkar baxışları ilə seçilən Aleksey Osin.
Yenə də rus saytlarının yazdığına görə, bu gün Rusiyada “Vesti FM” təbliğatçılar arasında daha yaxşı işləyir. Stansiya Rusiya Federasiyasında ən populyar beşlik arasında olmasa da, lakin tamaşaçıların təxminən 8,5 faizi onu dinləyir.
...Amma il ərzində onun göstəriciləri də azalıb.
...Hə, indi yenidən qayıdaq Frunzik Mıkırtiçiyana, deməli onun “nastroyeniya”sı arvadı ilə əlləşdiyinə görə, aşağı düşmüşdü.
Maraqlıdır, görən, bəs, Marqarita Simonyanın “Sputnik” stansiyasının reytinqi niyə “upal”?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB