Türkiyə Atom Elektrik Stansiyasında işləyən rusiyalı həbs edilib

Türkiyə Atom Elektrik Stansiyasında işləyən rusiyalı həbs edilib

“İslam Dövləti” (“İŞİD”) yaraqlılarının fəaliyyətini araşdıran Türkiyənin antiterror polisi ölkənin cənub sahillərində tikilən atom elektrik stansiyasında işləyən Rusiya vətəndaşını saxlayıb.

SİA xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Şübhəli şəxs Rusiyanın Rosatom şirkəti tərəfindən tikilən Akkuyu AES-də saxta adla işləyirmiş.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Türkiyə məhkəməsi əcnəbini rəsmən həbs edib. Polisin rəsmi bəyanatında şübhəlinin vətəndaşlığı və əməliyyatın digər təfərrüatları göstərilməyib.

Xatırladaq ki, ötən həftə Türkiyədə polis İstanbulda (ədliyyə binası yaxınlığında terror aktı) cəhd etməkdə şübhəli bilinən 40 nəfəri saxlayıb.

Yanvarın sonunda İstanbulda kilsələrdən birində bir nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib, ondan sonra onlarla insan saxlanılıb.

Qeyd edək ki, hücuma görə məsuliyyəti “İŞİD” öz üzərinə götürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə