Nyu-York şəhərinin metro stansiyasında silahlı insident nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. SİA xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 16:30-da Manhattan rayonunun “Times square” meydanından 14 kilometr məsafədə yerləşən yerüstü “Mount Eden Avenue” stansiyasında qeydə alınıb.
Məlumata görə, metro stansiyasında iki qrup gənc arasında mübahisə baş verib. Nəticədə platformada dayanan sərnişinlər atəş altında qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB