...Respublikaçıların nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım paketi layihəsini nəzərdən keçirməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Konqresin Aşağı Palatasının spikeri Mayk Conson Twitter-də (X) yazıb.
Onun sözlərinə görə, buna səbəb Meksika ilə sərhədin təhlükəsizliyini təmin edən müddəaların olmamasıdır.
Conson bildirib ki, Nümayəndələr Palatasındakı respublikaçılar müzakirələrin lap əvvəlindən bunu açıq şəkildə ifadə ediblər: hər hansı əlavə maliyyələşdirmə qanun layihəsi ilk növbədə milli təhlükəsizliyin bizim sərhədlərimizdən başladığını nəzərə almalıdır.
Siyasətçi əlavə edib ki, Amerika sərhədinin qorunması digər dövlətlərə yardımdan daha çox danılmaz prioritetdir. O qeyd edib ki, Nümayəndələr Palatası özü lazımi təşəbbüsləri inkişaf etdirməyə məcbur olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB