Qazanc üçün canını fəda edən dağıstanlı Timur…

...və qəhərdən göz yaşlarını saxlaya bilmədiyini deyən Marqarita...
Qazanc üçün canını fəda edən dağıstanlı Timur…

...Rusiyanın 72-ci motoatıcı briqadasının “Alqa” könüllü batalyonunun komandiri, “Şeytan” nişanlı Timur Abduraxmanov Baxmut yaxınlığında, Andreevkanın azad edilməsi zamanı ukraynalı müdafiəçilər tərəfindən əsir götürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, döyüşlərin gedişində Andreevkada öz adamlarının olduğunu düşünən Abduraxmanov, öz komandanlıq və müşahidə məntəqəsindən ora köçüb

Lakin o vaxta qədər 3-cü İxtisaslaşdırılmış Briqadanın əsgərləri artıq oraya daxil olaraq “Alğa” könüllü batalyonunu və Rusiya Federasiyasının 72-ci briqadasının daha iki batalyonunu məhv edibmiş.

Abduraxmanovun sonrakı etirafına görə, həmən döyüşdə briqada zabitlərinin əksəriyyəti məhv edilmişdi.

Qeyd edək ki, Abduraxmanov dağıstanlıdır, rütbəsinə görə mayor, irsi hərbçidir.

Dediyinə görə, əsir götürülməmişdən əvvəl aldığı xəsarətlə bağlı Dağıstanda, məzuniyyətdə olub. O deyir ki, insanlardan dostlarımla danışdım, kobud desək, 10 nəfərdən səkkizi bu gün rusların işğqlçı əməlinə dəstək vermir. Onların əsas cavabı belə olub: “…əgər onlar Dağıstana hücum etsəydilər, biz də əlimizə silah alıb döyüşə gedərdik”.

Abduraxmanovun fikrincə, bu gün dağıstanlıları ukraynalılara qarşı müharibəyə sövq edən əsas amil puldur.

…Əsas motivasiya pul motivasiyasıdır; Dağıstanın heç bir yerində 200 min qazana bilməyəcəksən, amma burada həyatınız üçün böyük risk olsa da, amma pul qazanmağa fürsət var.

Yeri gəlmişkən, bu gün Rusiyada 5 milyondan artıq insan minimum əmək haqqı üçün təyin edilən məbləğdən - 7,5 min rubldan (125 dollar) az maaş alır.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl SİA rus saytlarına istinadən Dağıstanı Rusiya Federasiyasının ən az məvacib alan bölgələrdən biri kimi təqdim etmişdi.

...Yadımdaykən onu da deyim, o gün Putinin müsahibəsini dinləyən Marqarita Simonyan qəhərdən göz yaşlarını saxlaya bilmədiyini etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə