2023-cü ildə hər yeddi müəllimdən biri dərs deməyin "daşını atıb"...
…Son bir ildə 193,5 min müəllim rus məktəblərini tərk edib. Bu, son 7 ildə ən yüksək göstəricidir, Rusiya Təhsil Nazirliyinin məlumatlarına istinadən “Vacib hekayələr” xəbər verir.
Nəşrin hesablamalarına görə, rus məktəblərində təxminən 1,347 milyon müəllim çalışır. 2023-cü ildə onların 14 faizdən bir qədər çoxu və ya hər yeddi müəllimdən biri işdən çıxıb.
2017-ci ildən bəri məktəbləri tərk edən müəllimlərin sayı üçdə birdən çox artıb.
Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.
Belə ki, yeddi il əvvəl onlar, yəni müəllimliyin daşını atanlar 141,8 min nəfər idisə, keçən il artıq 193,5 min nəfər olub. Bundan başqa, rəhbər və köməkçi vəzifələrdə çalışan işçilər də nəzərə alınmaqla, bu rəqəm 316,3 min nəfərə yüksəlir.
Maraqlıdır ki, işdən gedən müəllimlərin böyük əksəriyyəti öz istəkləri ilə işdən çıxırlar.
Deyilənlərə görə, bu gün ən pis vəziyyət Həştərxan vilayətindədir. Belə ki, yeddi il ərzində işdən çıxan müəllimlərin sayı 1 min nəfərdən 2,8 min nəfərə artıb.
Şimal-Qərb bölgələri arasında vəziyyət ən pis Leninqrad, , Novqorod vilayətində və Sankt-Peterburqdadır.
Çox vaxt ibtidai sinif müəllimləri məktəbləri tərk edirlər. …Müəllimlərin Həmkarlar İttifaqının məlumatına görə, 2024-cü ilin əvvəlinə Rusiyanın 75 regionunda məktəb müəllimlərinin maaşları minimum əmək haqqından çox deyil, regionların 40 faizində isə minimum əmək haqqının yarısından azdır. Bunun fonunda ən azı 20 rayon müəllim çatışmazlığını elan edib.
Məsələn, Voloqda bölgəsində bir müəllimin orta əmək haqqı 5 min rubldan azdır. Qazanclarını artırmaq üçün müəllimlər dərs saatları və ya dərnəklər şəklində əlavə dərs yükü götürürlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB