Rusiya ixracından əldə olunan gəlir demək olar ki, üçdə bir azalıb

Rusiya ixracından əldə olunan gəlir demək olar ki, üçdə bir azalıb

…Federal Gömrük Xidmətinin hesabatına görə, 2023-cü ildə malların ixracından Rusiya büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 28 faiz azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əgər 2022-ci ildə ixrac gəlirlərinin həcmi 592,5 milyard dollar təşkil edirdisə, 2023-cü ildə 425,1 milyard dollar təşkil edib.

Qeyd olunur ki, gəlirlərin azalması Rusiya ixracının demək olar ki, bütün maddələrinə, o cümlədən əsasına - mineral xammalın xaricə satışına təsir edib. Ondan əldə edilən gəlir 34 faiz azalaraq 260,1 milyard dollar təşkil edib.

Bu arada Federal Gömrük Xidmətinin hesabatına görə, gəlirdə artım göstərən yeganə ixrac maddəsi ərzaq və kənd təsərrüfatı xammalı olub. Əlaqədar məhsullar 2023-cü ildə 43,1 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə