Belarusların yoxlanılması ilə bağlı qanun layihəsi...təxirə salınır
Fevralın 12-də Litva Seymi Belarus və Rusiya vətəndaşlarına qoyulan məhdudiyyətlərin yaz sessiyasına uzadılması haqqında qanun layihəsinə baxılmasını təxirə salıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Litva parlamentinin saytı məlumat yayıb.
Qanun layihəsi Belarus vətəndaşlarının Litva ilə sərhəddə əlavə yoxlamalarını nəzərdə tutur. Xüsusilə, Şengen vizası ilə gələn belaruslar ictimai asayiş, daxili təhlükəsizlik, ictimai sağlamlıq və beynəlxalq əlaqələrə qarşı təhdidlərə görə yoxlanılacaq.
Sərhədçilər “keçid məntəqələrində ikinci nəzarət xəttində Belarus vətəndaşının əlavə yoxlanılması haqqında” qərar qəbul edəcəklər.
İddialara görə, bu, Litvada öz vətəndaşlarından istifadə edən Belarus kəşfiyyat xidmətlərinin fəaliyyətinin artması ilə bağlıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB