Kosovonun şimalındakı bələdiyyələrdə yaşayan serblər ölkədə avrodan istifadəyə başlanması və serb dinarından müvəqqəti istifadəyə icazə verilməsinə etiraz olaraq aksiya keçiriblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şimali Mitrovitsada baş tutan aksiyada nümayişçilər Kosovo hökumətinin serblərin avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid dövrü təklifinə etiraz ediblər. Serblər avronun Kosovoda nağd ödənişlər üçün yeganə valyuta kimi istifadəsini etirazla qarşılayıb, qərarı ədalətsiz adlandırıblar.
Kosovo polisi aksiyanın dinc şəkildə başa çatdığını bildirib.
Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı açıqlanıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə Belqradın Kosovo serblərinə dinarla ödənişləri davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB