Avropa İttifaqı Çin şirkətlərinə ilk dəfə məhdudiyyətlər tətbiq edəcək…

Siyahıya Honq-Konq, Serbiya, Hindistan və Türkiyə şirkətləri də daxildir…
Avropa İttifaqı Çin şirkətlərinə ilk dəfə məhdudiyyətlər tətbiq edəcək…

...Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləmək ittihamı ilə iyirmiyə yaxın şirkətə, o cümlədən üç Çin firmasına yeni ticarət məhdudiyyətləri təklif edib. Bu tədbirlər qəbul olunarsa, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Çin şirkətlərinə ilk dəfə məhdudiyyətlər tətbiq edəcək.

SİA-nın Bloomberg-in istinad etdiyi siyahıya Honq-Konq, Serbiya, Hindistan və Türkiyədən olan şirkətlər də daxildir.

Məhdudiyyətlər Avropa şirkətlərinə siyahıda olan firmalarla ticarət etməyi qadağan edəcək. Beləliklə, blok Rusiyanın üçüncü ölkələrdəki şirkətlər vasitəsilə icazə verilən mallar əldə etmək cəhdlərinin qarşısını almağa çalışır.

Avropa İttifaqı daha əvvəl siyahıya bir neçə Çin firmasının daxil edilməsini təklif etmişdi, lakin bəzi Avropa İttifaqı üzvlərinin müqaviməti və Pekinin reaksiyası səbəbindən təkliflər rədd edilmişdi.

Məsələ Pekini özünün ən mühüm ticarət tərəfdaşlarından biri hesab edən Avropa İttifaqı üçün, xüsusən də Çinin “Volkswagen AG” də daxil olmaqla avtomobil istehsalçıları üçün ən böyük bazar olduğu Almaniya üçün çox vacibdir.

Qeyd edək ki, siyahının böyük hissəsini texnologiya və elektronika şirkətləri təşkil edir. Onlar Rusiyanın hərbi və texnoloji gücünün gücləndirilməsinə və ya hərbi-sənaye kompleksinin və təhlükəsizlik sektorunun inkişafına kömək etməkdə ittiham olunurlar.

Sənəd layihəsində Hindistan, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tailand, Türkiyə və Honq-Konqdan bir olmaqla üç Çin şirkətinin adı çəkilir.

İndiyədək Avropa İttifaqı demək olar ki, hamısı Rusiyadan olan 620-dən çox şirkəti qara siyahıya salıb. Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar sanksiyalar paketinin bir hissəsi olaraq Avropa İttifaqı 110-dan çox fiziki və hüquqi şəxsə qarşı da sanksiyalar təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə