Ukrayna sursat çatışmazlığı səbəbindən bəzi mövqelərdən imtina edir..?

Ukrayna indi gündə 2000 mərmi, Rusiya isə gündə azı 10000 mərmi atır…
Ukrayna sursat çatışmazlığı səbəbindən bəzi mövqelərdən imtina edir..?

...Ukrayna cəbhədə mərmi və hava hücumundan müdafiə raketlərinin dəhşətli çatışmazlığı ilə üzləşib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə hərbi-siyasi analitik, ATO veteranı Yevgeni Diki danışıb.

Onun dediyinə görə, indi baş verənlər dəhşətli çatışmazlıqdır. 1500 km cəbhə xətti üçün gündə 2000 mərmi heç bir şey deyil. 152 mm Sovet, 155 mm NATO və 120 mina - onların hamısında artıq kəskin çatışmazlıq var.

…Əvvəllər düşmən hədəflərinin koordinatları əldə edilib zərbə açmaq üşün artilleriyaya ötürüldüsə, indi artilleriya əldə olunan hədəfin ən vacibiniu vurmaq üçün seçim edir.

Bunu Diki deyir. Onun sözlərinə görə, Ukraynada mərmi çatışmazlığı ilə bağlı vəziyyəti 2022-ci ilin əvvəlindəki vəziyyətlə müqayisə etmək olar.

Ekspert hesab edir ki, Ukraynada artilleriya sursatları ilə yanaşı, hava hücumundan müdafiə sistemləri üçün raketlər də yoxdur.

Onun dediyinə görə, , raket və mərmilər kimi, hava hücumundan müdafiədə istifadə olunan silahlar da istehlak materiallarıdır. Hər bir kütləvi raket zərbəsi ilə bu, getdikcə azalır.

Maraqlıdır ki, ukraynalı ekspert hava hücumundan müdafiə sistemində də, artilleriyada olduğu kimi, seçim qarşısında qala biləcəklərindən ehtiyatlanır.

…Cəbhə bölgələrini gücləndirmək lazım olub-olmadığını müəyyən etməliyik, lakin bu halda arxa cəbhəni müdafiə etmək üçün daha az raketin qalacağını başa düşməliyik.

Bunu Diki bildirib.

Yeri gəlmişkən, sursat çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin bəzi mövqelərdən imtina etməli olacağı deyilir.

Bunu hərbi-siyasi şərhçi Aleksandr Kovalenko da istisna etmir.

Onun fikrincə, biz kritik ərazi itkilərindən danışmırıq, lakin indi azad edilmiş ərazilərin genişləndirilməsindən danışmaq mümkün deyil.

“Business Insider” yazır ki, Rusiya müharibə başlayandan bəri artilleriya döyüş sursatında üstünlüyünü qoruyub və bu üstünlük son aylarda artmaqda davam edib.

Belə ki, Ukrayna indi gündə 2000 mərmi, Rusiya isə gündə azı 10000 mərmi atır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə