Nyu-Yorkda polis Buddist məbədinə soxulan, rahibləri döyən və yığılan ianələri oğurlayan silahlı quldur dəstəsini axtarır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fox News xəbər verir.
Deməli, əlləri silahlı bir qrup şəxs Buddist məbədinə soxulub, rahibləri döyüb və ianələri oğurlayıblar.
Verilən məlumata görə, Bruklində tapança ilə silahlanmış üç nəfər Buddist məbədini sındırıblar.
Silahlılar hədə yolu ilə ruhanilərdən pul və qiymətli əşyalar tələb ediblər, müqavimət göstərməyə çalışan rahiblər döyülüblər.
Hücum edənlər məbəddəki kilsə üzvlərindən ianə götürüb və sonra qaçıblar. Onların şəxsiyyəti hələ müəyyən edilməyib; Bruklin polisi silahlı dəstəni axtarmaq üçün həyətləri darayır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB