Ukraynada münaqişə 2022-ci ilin fevralında deyil, hələ 2014-cü ildə başlayıb.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibinin köməkçisi Miroslav Yença deyib.
…Ukraynada silahlı münaqişə 2022-ci il fevralın 24-də başlamadı, münaqişə 2014-cü ildən ölkənin şərqində davam edirdi. Xatırladaq ki, Ukraynanın şərqində münaqişə 2014-cü ildə ölkədə hakimiyyət dəyişikliyindən və Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra başlayıb. Nəticədə yeni rəhbərliyi tanımayan Donetsk və Luqansk Xalq Respublikalarının ərazilərində hərbi əməliyyatlar başladı, çünki Kiyev onların ərazisində genişmiqyaslı antiterror əməliyyatı elan etmişdi. Daha sonra Donbassdakı vəziyyətin nizamlanmasına dair Rusiya Federasiyası ilə Ukrayna arasında Minsk razılaşmaları imzalanıb. Lakin Kiyev əvvəlcə onları dəfələrlə pozdu, sonra isə tamamilə tabe olmaqdan imtina etdi və bu, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi hücuma keçməsinə səbəb oldu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB