Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 2024-cü il Dünya Hökumətləri Sammiti 25-dən çox dövlət və hökumət başçısının iştirakı ilə başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
BƏƏ-nin rəsmi xəbər agentliyi “WAM”da yer alan xəbərdə “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusunda keçirilən Dünya Hökumətləri Zirvə Toplantısının fevralın 14-dək davam edəcəyi bildirilib.
Sammitdə dünyanın üzləşdiyi aktual problemlərin fonunda gələcək imkan və çağırışlar müzakirə edilir.
Tədbirdə 25-dən çox dövlət və hökumətin başçısı, 120 nümayəndə heyəti, 85-dən çox beynəlxalq və regional təşkilat təmsilçiləri, ekspert, alim və digər rəsmilər olmaqla 4 mindən çox iştirakçı var.
Dünya Hökumətləri Sammiti çərçivəsində 6 əsas mövzu altında keçiriləcək 15 paneldə gələcək əsas qlobal transformasiyalar müzakirə edilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammitə fevralın 13-də fəxri qonaq qismində gələcək.
Tədbir zamanı R.T.Ərdoğanın iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyan ilə ikitərəfli görüşləri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB