Ukraynaya silah tədarükü Avropa İttifaqını güçləndirəcək..?

Ukraynaya silah tədarükü Avropa İttifaqını güçləndirəcək..?

Ukraynaya strateji silah və sursatların çatdırılması Avropa İttifaqının sənaye bazasını və müdafiəsini gücləndirməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

...Avropanın strateji silah və sursat tədarükü üçün etdiyi hər şey Avropa İttifaqının istehsal bazasının və müdafiəsinin gücləndirilməsinə xidmət etməlidir.

Bunu deyən Fransa liderinin sözlərinə görə, Ukraynanın ehtiyaclarına cavab vermək üçün sənaye bazasını gücləndirmək istəyi Avropa İttifaqı ölkələrinə istehsal imkanlarını artırmağa təkan verəcək ki, bu da “Avropa İtt ifaqını NATO-nu tamamlayan müdafiə gücünə çevirəcək.

Makron onu da qeyd edib ki, Avropa İttifaqı qrumun texnoloji hərbi bazasına əsaslanan əməliyyat və istehsalat əməkdaşlığından başlamalıdır ki, bu da birliyə “Avropada Şimali Atlantika Alyansının sütununa” çevrilməyə imkan verəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə