Bu arada Rusiya Xarici İşlər Nazirliyi 18 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onların ölkəyə girişi qadağan olunacaq.
Rusiya Xarici İşlər Nazirliyi sanksiyaların Londonun “qarşıdurma kursu”, Rusiyanı “şeytanlaşdırmaq” səyləri və Ukraynaya silah ötürməsi səbəbindən tətbiq edildiyini bildirib.
Qeyd edək ki, sanksiya siyahısına Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Kartlidc, Müdafiə Qərargahı rəisinin müavini Çarlz Uoker, Böyük Britaniya Baş nazirinin Milli Təhlükəsizlik Müşavirinin müavini Sara Makintoş, Sualtı Qüvvələrinin komandanı Simon Asquith, Milli Kiber Qüvvələrin rəhbəri Timotht David Neal-Hopes, Baş nazirin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Stüart Piç daxil edilib.
Maraqlıdır ki, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Daniel Hannan, Maykl Eşkroft və Rey Kollinz də məhdudiyyətlərə məruz qalıblar.
Onu da qeyd edək ki, sanksiyalar siyahısına humanitar elmlər üzrə alimlər, əsasən tarixçilər və politoloqlar da daxil edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB