Əfqanıstan və ABŞ-da hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı Usamə bin Ladenin keçmiş müttəfiqi Məhəmməd Rəhim əl-Əfqaninin “Taliban” tərəfindən əsir götürülmüş amerikalı Rayan Korbetlə dəyişdirilməsi barədə razılığa gəliblər.
SİA xəbər verir ki, bu barədə ISNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Qətərdə bir neçə aylıq danışıqlardan sonra tərəflər bin Ladenin keçmiş köməkçisini 2022-ci ilin avqustunda casusluqda şübhəli bilinərək “Taliban” tərəfindən saxlanılan amerikalı QHT əməkdaşı Korbetlə dəyişmək barədə razılığa gəliblər.
Bildirilir ki, razılaşma daha bir əfqanın Amerika həbsxanasından azad edilməsini də əhatə edə bilər.
Əl-Əfqani 2007-ci ildə Pakistanın şimal-şərqindəki Lahor şəhərində avtobusa minərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 2008-ci ildə MKİ-yə təhvil verilib.
Korbett isə Amerika kəşfiyyat orqanlarında işləmək şübhəsi ilə 10 avqust 2022-ci ildə “Taliban” tərəfindən saxlanılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB