Finlandiya Ukraynada xüsusi əməliyyat başa çatana qədər Rusiya ilə siyasi münasibətləri saxlamaq fikrində deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Finlandiyanın yeni lideri Aleksandr Stubb deyib.
Qeyd edək ki, Finlandiyanın keçmiş baş naziri, mühafizəkar Milli Koalisiya Partiyasını təmsil edən Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda keçmiş xarici işlər naziri Pekka Haavistoya qalib gəlib.
Seçildikdən sonra Ukrayna böhranı haqqında danışan Stubb sülhə gedən yolun döyüş meydanından keçdiyini bildirib.
Bu gün brifinq zamanı siyasətçi qeyd edib ki, xüsusi əməliyyat başa çatana qədər Finlandiyanın Rusiya ilə faktiki olaraq heç bir əlaqəsi olmayacaq.
…Bu kifayət qədər çətin vəziyyətdə sərhədçilərimiz arasında praktiki səviyyədə əlaqələrimiz var, diplomatlarımız və dövlət qulluqçularımız arasında diplomatik müstəvidə münasibətlərimiz var, lakin hazırda Rusiya ilə siyasi əlaqələrimiz yoxdur.
Finlandiya prezidenti deyib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB