İsraildən Hizbullaha hava hücumu olub - Ölən və yaralananlar var

İsrail Hizbullahın Əl Adaysa, Əl Hiyam və Teyr əl-Hərfa şəhərlərinin də döyüş təyyarələri ilə hədəf alındığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullahın bölgədəki hərbi komandirlərindən birinin hədəf alındığı hücumda ölən və yaralananların olduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrailə məxsus PUA Nəbatiyyə vilayətinin Bint əl-Cibeyl rayonunda bir avtomobili hədəfə alıb.

Bint əl-Cibeyl xəstəxanası yaxınlığında baş verən hücumda ölən və yaralananların olduğu bildirilib. Livanın gündəlik "Ən-Nahar" qəzetinin internet saytında yer alan xəbərdə hücumun hədəfinin Hizbullahın bölgədəki hərbi komandirlərindən biri olduğu bildirilib. Digər tərəfdən İsrail ordusu açıqlama verərək, sözügedən hücumu həyata keçirdiklərini təsdiqləyib. İsrail ordusundan verilən açıqlamada Bint əl-Cibeyl rayonunun Marun ər-Ras bölgəsində Hizbullah üzvlərinin təsbit edildiyi bir avtomobilin PUA ilə vurulduğu bildirilib. Həmçinin Hizbullahın Əl Adaysa, Əl Hiyam və Teyr əl-Hərfa şəhərlərinin də döyüş təyyarələri ilə hədəfə alındığı qeyd edilib. İsrail ordusu sonuncu dəfə fevralın 10-da paytaxt Beyrutun cənubundakı sərhəd bölgəsindən 70 kilometr aralıda bir avtomobilə hava hücumu həyata keçirib. İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 188 Hizbullah üzvü, 8 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 1 əsgər, 2 Livan təhlükəsizlik işçisi, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə