Dünyaca məşhur iş adamı Riçard Branson qəza keçirib

Britaniyalı milyarder iş adamı Riçard Branson Britaniya Virciniya adalarında velosipedlə qəza törədib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Branson böyük təhlükə ilə üzləşdiyi qəzadan sonra aldığı xəsarətlərin görüntüsünü paylaşıb.

400-dən çox şirkətin daxil olduğu "Virgin Group"un sahibi, dünya şöhrətli iş adamı Riçard Branson ağır qəzadan sağ çıxıb. Branson Virgin Qorda şəhərində velosiped sürərkən çuxurdan aşıb və velosipedindən uçub.

"İngilis Daily Mail" qəzetinin xəbərinə görə, Riçard Branson zədələnib, amma xoşbəxtlikdən vəziyyəti ağır deyil. 73 yaşlı Branson ombasında hematoma və dirsəyində kəsik olduğunu açıqlayıb. Branson bunları deyib: "Aleks Uilsonla velosiped sürürdüm və o, arxamca düşdü, amma xoşbəxtlikdən o da yaxşı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə