Tanzaniyada ildırım dəhşəti yaşandı - ölən və yaralananlar var

Tanzaniyanın cənubundakı Lindi bölgəsində dəfn mərasiminə qatılan 3 nəfəri ildırım vurması nəticəsində ölüb, 18 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli medianın məlumatına görə, cümə günü axşam Lindi bölgəsində dəfn mərasimi keçirilərkən ildırım düşüb.

Mtama bölgəsindəki sağlamlıq mərkəzinin rəhbəri Abdullah Mputa açıqlamasında bildirib ki, dəfn mərasimində iştirak edən 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə