ABŞ prezidenti Co Bayden 5 noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyasını davam etdirmək üçün gənclərin üstünlük təşkil etdiyi sosial media platforması "TikTok"da ilk addımını atıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden "TikTok" hesabı açıb.

“The Hill” xəbər verir ki, Bayden dünən ilk dəfə “@bidenhq” adlı "TikTok" hesabında bir video yayımlayaraq seçki kampaniyası üçün gənc seçicilərin diqqətini çəkməyə çalışıb. Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Amerika Futbol Liqasının çempionluq mübarizəsi olan "Super Bowl"la bağlı sual-cavab videosu yayımlayıb. Evdə Super "Bowl"a baxarkən oyunla bağlı sualları cavablandırdığı 30 saniyəlik videoda Bayden özü, yoxsa ABŞ-ın keçmiş prezidenti Donald Tramp olduğunu soruşduqda gülərək "Zarafat edirsən? Bayden! deyə, o cavab verib.

"NBC News"a danışan Baydenin seçki kampaniyası məsləhətçiləri də Prezidentin "TikTok" hesabının tətbiqin ən böyük auditoriyasını təşkil edən gəncləri seçici kimi cəlb etmək səyinin bir hissəsi olduğunu qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə