Pentaqon ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yenidən xəstəxanaya yerləşdirildiyini və səlahiyyətlərini katibin müavini Ketlin Hiksə ötürdüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Müdafiə Nazirliyi çıxış edib.
Açıqlamada bildirilib: "Lloyd Ostin təcili sidik kisəsi problemini göstərən əlamətlər nəticəsində "Walter Reed" Milli Hərbi Tibb Mərkəzinə aparılıb. O, hələ də xəstəxanada müalicəsini davam etdirir. Katib Ostin müdafiə nazirinin ofisinin funksiya və vəzifələrini müdafiə nazirinin müavini Ketlin Hiksə həvalə edib. Müdafiə nazirinin müavini vəzifə və funksiyaları öz üzərinə götürüb. Aparat rəhbəri, Ağ Ev və Konqresə məlumat verilib”.
Pentaqon yanvarın ortalarında dövlət katibi Ostinin prostat xərçəngi olduğunu və əməliyyat olunduğunu açıqlamışdı. Ostin bir müddət xəstəxanada müalicə olundu və vəzifəsinə qayıtdı. Nazirlikdən verilən açıqlamada Ostinin xəstəxanada nə qədər qalacağının bilinmədiyi ifadə edilərək, “Nazir Ostinin xəstəxanada nə qədər qalacağı hazırda bəlli deyil. Mövcud sidik kisəsi probleminin tam sağalma perspektivlərini dəyişdirməsi gözlənilmir. Nazirin vəziyyəti ilə bağlı ən qısa zamanda məlumat veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB