Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ prezidentinin köməkçisi vəzifəsinə yüksələcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, Kirbi Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin olunacaq və Amerikanın müxtəlif departamentləri arasında məlumat mübadiləsinə nəzarət edəcək öz tabeliyində olan işçilərini qəbul edəcək. Onlar MTN-dən ayrı fəaliyyət göstərəcəklər. Bundan əlavə, Kirbi ABŞ prezidentinin köməkçisinin müavini vəzifəsindən köməkçisi vəzifəsinə yüksələcək. Agentlik vurğulayır ki, yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək.
2021-ci ilin yanvar ayından Pentaqonun mətbuat katibi vəzifəsində çalışan Kirbi 2022-ci ilin mayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edilib. 2015-2017-ci illərdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB