Meksikada paraşütlə tullanma ilə məşğul olan 5 nəfəri daşıyan təyyarə çimərliyə məcburi eniş edərkən 1 nəfərin ölümünə səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin niyə məcburi eniş etməsi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Oaxaca ştatının rəsmiləri açıqlamasında 4 kanadalı və 1 meksikalı idmançının olduğu təyyarənin ölkənin cənubundakı çimərliyə təcili eniş etdiyini bildirib.
Səlahiyyətlilər təyyarədəki heyətə tibbi yardım göstərildiyini və vəziyyətlərinin “stabil” olduğunu açıqlasa da, təyyarənin niyə təcili eniş etdiyi barədə heç bir məlumat paylaşmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB