Gənc idmançı qətlə yetirilib

17 yaşlı ukraynalı basketbolçu Vladimir Ermakov Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. SİA xarici mediaya istinadən xəbər verir ki, şənbə günü axşam saatlarında Ermakov və onun dostu Artem Kozaçenko küçədə bıçaqlı hücuma məruz qalıblar.

Gənc basketbolçu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Verilən məlumata görə, Kozaçenko isə reanimasiyadadır.

Bütün xəbərlər Facebook səhifəmizdə