Mərakeşdə bina uçub - beş nəfər ölüb

Mərakeşdə bina uçub - beş nəfər ölüb

Mərakeşin Fes şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı beş nəfər həlak olub. SİA xəbər verir ki, faciə Zkak-Rumman məhəlləsində baş verib. İlkin məlumata görə, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir.

Ölənlərdən üçü kişi, ikisi isə qadındır.

Verilən məlumata görə, bina dağılan zaman onun yerləşdiyi dar küçə insanla dolu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə