“Sırski döyüş meydanında ruslar üçün “xoşagəlməz sürpriz” olacaq”

ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ukraynanın ali hərbi rəhbərliyində baş verən dəyişiklikləri şərh edib

...ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodjes Ukraynanın ali hərbi rəhbərliyində dəyişiklikləri şərh edərək, Aleksandr Sirskinin Rusiya ordusu üçün “xoşagəlməz sürpriz” olacağını deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalı bildirib.

Hodjes qeyd edib ki, Ali Baş Komandanın dəyişdirilməsi ilə bağlı qərar prezident üçün çətin olub. Çünki Zalujnı əsgərlər və cəmiyyət tərəfindən hörmət edilən, müttəfiqlər tərəfindən yaxşı tanınan və hörmət edilən effektiv komandir idi.

Eyni zamanda o əlavə edib ki, Vladimir Zelenski hələ də hər şeyə cavabdehdir və bu, onun müstəsna hüququdur.

…Xüsusilə də demokratik cəmiyyətdə komandir vəzifəsində Ukraynaya qələbə üçün ən böyük şans verən bir şəxs olmalıdır. Aleksandr Sirski, təbii ki, prezidentin Ukrayna Silahlı Qüvvələrinə komandanlıq etmək üçün seçdiyi zabitdir. Bu gözəllik yarışması və ya populyarlıq yarışması deyil. Prezident müharibənin bu mərhələsi üçün daha uyğun hesab etdiyi zabiti seçdi. O, döyüşçüdür, təcrübəlidir, sərtdir. Və mən hesab edirəm ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin başında başqa bir görkəmli komandir görməkdən tamamilə narazıdırlar.

Qeyd etdiyimiz kimi, ABŞ ordusunun keçmiş komandanı bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə