Pakistanın cənubundakı Sind əyalətində bazar günü, fevralın 11-də iki rəqib siyasi partiyanın tərəfdarları arasında toqquşmalarda 3 nəfər ölüb, azı 7 nəfər yaralanıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Sinxua məlumat yayıb.
…Xüsusilə, Larkana bölgəsində Pakistan Xalq Partiyası (PPP) və Böyük Demokratik Alyansın (GDA) tərəfdarları arasında dava baş verib.
İclasın polis tərəfindən mühafizə olunmasına baxmayaraq, siyasi opponentlər arasında qızğın mübahisələr sonradan silahla toqquşmaya çevrilib. Atışma zamanı hər iki tərəfin tərəfdarları və onları qoruyan polis ölüb və ya yaralanıb.
Vəziyyəti nəzarətə götürmək yalnız əlavə hüquq-mühafizə qüvvələrinin gəlişindən sonra mümkün olub.
Qarşıdurma zamanı biri polis olmaqla 3 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB