Atanın cavabı yəqin ki, çoxlarını təəccübləndirəcək?

Emosiya-filan yoxdur, Sirskinin atası oğlunun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin olunması ilə bağlı nə dedi?
Atanın cavabı yəqin ki, çoxlarını təəccübləndirəcək?

…Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskinin təyin olunması xəbəri Ukraynanı şoka salıb.

Bundan əvvəl SİA-nın da xəbər verdiyi kimi, o, Valeri Zalujnının yerini tutub.

Bu arada Sırskinin Rusiyada yaşayan atası Stanislav oğlunun təyinatı barədə jurnalistlərə danışıb. O, oğlunun yeni vəzifəsində necə işləyəcəyini bilmədiyini deyib.

Ata Sırski oğlunun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə təyin edilməsindən duyğuları ilə bağlı suala “bu, elə sizin kimidir, başqa heç nə yoxdur” deyib.

Xatırladaq ki, oğul Sirski vəzifəyə yüksəlməzdən əvvəl Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı vəzifəsində çalışıb. İndi bu vəzifəyə general-leytenant Aleksandr Pavlyuk təyin edilib.

Bir müddət əvvəl bəzi rus saytları ehtimalla Vladimir Zelenskinin Sırskiyə hansı tələbləri irəli sürdüyünü açıqlamışdılar. Xarici jurnalistlərin fikrincə, o, əsas prioritet kimi Ukrayna Silahlı Qüvvələrinin sıralarında durğunluğun öhdəsindən gəlməyi və döyüş meydanında çıxılmaz vəziyyətdən qaçmaq üçün döyüş planı hazırlamağı tələb edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə