“Şəhərsalma prosesini daha da sürətləndirəcəyik”

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Tekirdağ mitinqində xalqa xitab edən Ərdoğan deyib ...
“Şəhərsalma prosesini daha da sürətləndirəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhərsalma prosesini daha da sürətləndirəcəklərini söyləyib.

SİA türk qaynaqlarına istinadən xəbər verir ki, sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Tekirdağ mitinqində xalqa xitab edən Ərdoğan deyib: “Ötən il fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəni canlandırmaq üçün səylərimizi sürətlə davam etdiririk.

53 mindən çox canımızı tapşırdığımız torpaqlarda fəlakətin ildönümündə orada olduq. Biz bir daha nümayiş etdirdik ki, hökumətimiz heç vaxt zəlzələ zonasından çıxmayıb və çıxmayacaq. Tamamlanmış evlər üçün püşkatma edərək onlara haqqı çatan bacı-qardaşlarımıza təhvil verdik.

Zəlzələdən zərər çəkmiş 11 rayonu dolaşıb haqq sahiblərinə evlərini verməyə davam edirik.

5 rayonda şəxsən təhvil verdiyimiz evlərin sayı 31 mindən çoxdur. Durmaq yoxdur. Bu faktı xaricdən bölgəyə səfərə gələn mətbuat nümayəndələri də açıq şəkildə görür.

Şəhərsalma prosesini daha da sürətləndirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə