Rusiyada yenə tutatutdur..?

Yekaterinburqda bazar günü məhkəmə bir gün əvvəl “Qara lalə” müharibəsi memorialına gül qoyarkən saxlanılan Albert Yakupovu səkkiz sutka inzibati həbsə məhkum edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun vəkili “It's My City”-ə danışıb.

Məhkəmə Yakupovu onun keçirilməsi barədə bildiriş təqdim etmədən ictimai tədbirin təşkilatçısı hesab edib. Həbsindən sonra tərtib edilən polis hesabatında o, internetdə şəhər sakinlərini Əfqanıstan və Çeçenistanda həlak olmuş əsgərlərin abidəsinə gələrək tam tərxis olunması və xüsusi təyinatlıların dayandırılması tələbini bildirməyə çağırıb.

Qeyd edək ki, ötən gün Yekaterinburqdakı abidənin önünə 20-yə yaxın adam toplaşıb ki, onlardan da 5 nəfəri saxlanılıb.

Saxlanılan 3 qadın ictimai tədbirlərin keçirilməsi qaydalarını pozduqlarına görə azadlığa buraxılıb, onları cərimə gözləyir. Daha bir etiraz iştirakçısı protokolsuz buraxılıb və Yakupov məhkəməyə qədər bir gecədə polis nəzarətində qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə