İordaniyada təyyarə qəzası olub - ölənlər var

İordaniyada təyyarə qəzası olub - ölənlər var

İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

“İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində pilotlar mayor Ömər Ətta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olublar”, - məlumatda bildirilir.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə