...Çeçenistanda evdə baş verən partlayış nəticəsində 4 nəfərdən ibarət ailə yaralanıb. Hazırda onlar həkim nəzarətindədirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çeçenistanın kəndlərindən birində fərdi evdə partlayış baş verib. Bu barədə İstintaq Komitəsinin bölgə üzrə İstintaq Komitəsinə məlumat verilib. Partlayış zamanı binada dörd nəfər olub.
…Rusiya Federasiyası İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İstintaq orqanları Çeçen-aul kəndində fərdi evdə məişət qazının sızması faktı ilə bağlı istintaqdan əvvəl yoxlama aparır, nəticədə valideynlər və iki nəfər azyaşlı uşaqlar yaralanıb.
Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, qəzaya səbəb qaz sobasına qoşulmuş şlanqın nasazlığı olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB