Rus əsirliyində olan ukraynalının dedikləri…

...Ukrayna Silahlı Qüvvələrinin 56-cı əlahiddə motoatıcı briqadasının hərbi qulluqçusu Vladimir Tsema-Bursov cəmi bir ay əvvəl əsirlikdən qayıdıb. Mübadilədən sonra 41 yaşlı bu adamın 38 kiloqram arıqladığı məlum olub. Hazırda o, Poltava vilayətindəki klinikalardan birində müalicə olunur.

Beləliklə, SİA “Svoi.City” jurnalına istinad edərək əsir götürülərkən 95 kq olan Vladimirin yaşantılarına və əgər onun özünün dediyi kimi, buna yaşantı demək olarsa,..diqqət çəkir.

Qeyd edilir ki, Vladimir sənət adamıdır. Mariupol Kamera Filarmoniyasında, orkestrdə çalışırmış. Bundan əvvəl kruiz gəmilərində də işləyib.

Deməli, 2022-ci ilin aprelində Vladimir Mariupoldan çıxmağa çalışarkən ruslar tərəfindən əsir götürülüb. O, 56-cı motoatıcı briqadanın digər əsgərləri ilə birlikdə Sartana vasitəsilə bədnam Yelenovka koloniyasına göndərilib.

Sonrasını isə özü belə danışır ki,.. bizi ilk qarşılayan baş “vertuxay”un (həbsxana və ya düşərgələrdə olan nəzarətçi-A.B.) göstərişi ilə hər birimiz soyadımızı, adımızı və atamızın adını verib “canlı dəhliz” boyu kazarmalara qaçırıq. Solda üç, sağda eyni nömrə var. Koridor boyu dayanan çoxsaylı nəzrətçilərin hər birinin əlində rezin dəyənək və ya metal qoşmalı qayış var. Onlar zərbələrin heç kəsdən əsirgəmirlər.

Ukraynalı əsirin dediyinə görə, qalacağı kameraya çatarkən yıxılıb və rus nəzarətçisindən buna görə, təpik zərbəsi alıb. Onun dediyinə zərbə elə güclü olub ki, o hətta içində nəyinsə qırıldığını hiss edib.

Yenə də onun dediyinə görə, təkcə həmin axşam Yelenovkaya 900-ə yaxın insan gətirilib, baxmayaraq ki, koloniya bu qədər insan üçün nəzərdə tutulmayıbmış.

…Biz bir-birimizə bərk-bərk sıxılmış yatdıq; döşəməni belə görə bilmirdik.

…Əzablı günlərinin davamlı olduğunu deyən ukraynalı əsirin dediyinə görə, əgər onlara gün ərzində az da olsa qida verirdilərsə, amma su onlar üçün böyük problem olub. Onlar əsirlərə suyu çox az verirmişlər və bunu Ukraynanın suyu kəsməsi ilə əlaqələndirirmişlər.

Elenovkadakı daimi sorğu-suallardan və zorakılıqdan danışan Vladimir, bir müddət sonra onu Rusiya Federasiyasındakı həbsxanalardan birinə köçürüldüyünü deyir.

Yenə də onun dediyinə görə, əsirlikdə qaldığı 20 ay ərzində hər gün onlara “Qalx, böyük ölkə”, “Qələbə günü”, “Qaranlıq gecə” döyüş mahnıları və təbii ki, Rusiya Federasiyasının himni dinlətdirilib.

Və yenə də, təbii ki, davamlı döyülmələr…

…O an mənə elə gəldi ki, bu mənim başıma gəlmir. Mən azad olduğumu tam başa düşə bilmədim. Sonra kimsə avtobusa mindi və bizdən enməyimizi istədi.

Bu isə Vladimirin 20 aylıq cəhənnəm həyatından sonra mübadilə ilə bağlı təəssüratlarıdır…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə