Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi nisbətən azalıb
Ötən il Rusiya-Türkiyə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə azalıb, bu barədə Rusiya Federasiyasının İstanbuldakı baş konsulu məlumat yayıb. Andrey Buravovun sözlərinə görə, bu sahədə əlaqələrin inkişafı üçün hələ də potensial var.
Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Andrey Buravov bildirib ki, 2023-cü ildə Rusiya Federasiyası ilə Türkiyə arasında ticarət dövriyyəsi bir il əvvəlkindən bir qədər az olub.
Diplomatın sözlərinə görə, yanvar-noyabr aylarında ticarət dövriyyəsi 48,5 milyard dollara çatıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 milyard azdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti xəbər verir.
…2023-cü ilin nəticələri bir qədər aşağıdır, lakin bu, həm də onu göstərir ki, ticarət-iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün ciddi potensial var.11 ayda ticarət dövriyyəsinin həcmi 48,5 milyard dollar təşkil edib.
Bunu deyən diplomat aydınlaşdırıb ki, 2022-ci ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə iki dəfə artaraq 65 milyard dollarlıq tarixi rekorda imza atıb.
Ötən ayın sonunda məlum olub ki, Rusiya Türkiyəyə 45 milyard dollarlıq mal idxalında liderdir.
Yeri gəlmişkən, dövlət başçılarının bəyan etdikləri Rusiya-Türkiyə ticarət dövriyyəsi üçün hədəf 100 milyard dollardır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB