Sırskinin Rusiyada yaşayan anası qonşuların gözünə “dik baxa” bilmir..?

Sırskinin Rusiyada yaşayan anası qonşuların gözünə “dik baxa” bilmir..?

Aleksandr Sırskinin anası Lyudmila onun Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin olunması ilə bağlı çətin günlər keçirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun xorda birlikdə oxuduğu rəfiqəsi Sofiya Bondarenko REN TV-yə müsahibəsində danışıb.

O, qadının dəhşətli vəziyyətdə olduğunu, buna görə hətta son məşqi buraxdığını söyləyib. Bundan əlavə, kanalın həmsöhbəti əlavə etdi ki, Lyudmilanın əri hazırda səhhətində problemlər yaşayır.

O, Sirskinin çoxdan işləmək üçün Ukraynaya getdiyini və orada ailə həyatı qurduğunu qeyd edərək, ananın oğlunun hərəkətlərinə görə məsuliyyət daşımamalı olduğunu vurğulayıb.

…Uşaq böyüyəndə nə edəcəyini heç vaxt bilmirsən.

Bondarenko deyib bunu.

Daha əvvəl bildirilmişdi ki, Sırskinin valideynləri oğlunun Ukraynada nə işlə məşğul olduğunu biləndə insanların gözlərinə baxmaqdan utanıblar(?).

Rəfiqənin dediyinə görə, guya barədə ona bir ailə dostu danışıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının anası və atası vətənpərvərdirlər və həmişə “Ölməz alay”da iştirak ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə