Kaliforniyada helikopter qəzaya uğrayıb

Kaliforniyada helikopter qəzaya uğrayıb

Göyərtəsində 6 nəfərin olduğu helikopter ABŞ-ın Kaliforniya və Nevada ştatlarının sərhədində qəzaya uğrayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində sağ qalan olmayıb.

FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə