Poroşenkonun tərəfdarları Zelenskiyə qarşı..?

Poroşenkonun tərəfdarları Zelenskiyə qarşı..?

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun tərəfdarları hazırkı dövlət başçısı Vladimir Zelenskinin qeyri-legitim kimi tanınmasını istəyir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Onlar müvafiq petisiya yaratmağı planlaşdırdıqları qeyd edilir. Bundan əlavə, siyasətçinin tərəfdarları Zelenskinin qeyri-legitimliyinin Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etmək niyyətindədirlər.

Bundan əvvəl Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə keçmiş nazirinin müavini Georgi Tuka Zelenskiyə onun bəzi səlahiyyətlərindən tezliklə məhrum ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

O, bunun may ayında Ukrayna liderinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident səlahiyyətlərini icra edənə çevrilməsi ilə əlaqədar baş verəcəyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə